Ayün Kazımovanın qızı İlqarədən YENİLİK: "Məni efirdə də görəcəksiniz"

Ayün Kazımovanın qızı İlqarədən YENİLİK: "Məni efirdə də görəcəksiniz"
"Televiziya verilişlərinə çox dəvət alıram. Hamısı da mənə əziz insanlardır. Söz verirəm, tezliklə məni efirdə də görəcəksiniz”.
Bu sözləri Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova "shownews"a açıqlamasında bildirib.
O yalnız say-seçmə brendlərlə əməkdaşlıq etdiyini deyib:
"Son zamanlar reklam çəkilişlərinə həddən artıq çox təklif alıram. Amma yalnız mənə maraqlı gələn məhsulları reklam edə bilərəm. Fikir vermisinizsə, reklam siması olduğum məhsulların çoxu dünyaca məşhur brendlərdir".
İlqarə hazırda yeni mahnı üzərində işlədiyini də qeyd edib. Müğənni yaxın zamanlarda yeni ifasını sevənlərinin ixtiyarına verəcək. 

Gundelik-Baku.Org