Başqasının paltarını yudu, milyonçu oldu

Başqasının paltarını yudu, milyonçu oldu
Evdar qadın başqasının paltarını yuyaraq milyonlar qazanıb.
Xarici mətbuat xəbər verir ki, ABŞ-ın Arizona ştatından olan evdar qadın Çanna Patric başqalarının paltarlarını yumağa başlayıb.
2021-ci ilin mart ayında camaşırxana xidməti şirkətinin elanını görüb və müvafiq yoxlamadan keçərək işə düzəlib. 
Beləliklə, qadın evində başqalarının paltarlarını yumağa başlayıb. Bir müddət keçdikdən qadın öz xidmətlərini reklam etməyə başlayıb və zaman keçdikcə aldığı sifarişlərin sayı gündə 25-ə yüksəlib. 
O, etiraf edib ki, 10 ay ərzində 40 min dollar (təxminən 67 min 979 manat) qazanıb.
Gundelik-Baku.Org