Əməkdar artist influenserləri tənqid etdi

Əməkdar artist influenserləri tənqid etdi
Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkələri və influenserləri tənqid edib.
Bu barədə o, “MTV Xəbər”ə danışıb. Aktrisa deyib ki, instaqrama və feysbuka daxil olmur:
“Mənim üçün maraqlı deyil. Sosial şəbəkələr insanları hən bədbəxt, həm də xoşbəxt edir. Hər kəs birinci növbədə baxır ki, sənin nə qədər izləyicin, “qaloçkan” var. Deyir, səndə çoxdur gəl yaxınıma getdik. Bəs insanlığımız, keçmişdəki dəyərlərimiz, mənliyimiz harada qaldı? Onda uşağımı oxutmayım, sosial şəbəkə ilə məşğul olsun, paylaşsın, populyar olsun, pul qazansın. Bəs universitetlər niyə yaranıb? Oxumaq niyə var? Universitetləri ləğv etsinlər də. Sosial şəbəkə ilə reklam olunsunlar”.


Gundelik-Baku.Org