Türkiyədə yol qəzasında 3 hərbçi yaralandı

Türkiyədə yol qəzasında 3 hərbçi yaralandı
Türkiyənin Karaman vilayətində hərbi maşın qəzaya uğrayıb.
Türkiyə KİV xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi yaralanıb.  Yaralılar xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, Ayrancı şəhəri yaxınlığında baş vermiş qəzaya maşının təkərlərindən birinin partlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib, maşın yol kənarına çırpılaraq aşıb. Nəticədə yanğın başlayıb. 
Gundelik-Baku.Org