Niderlandda bərə və su taksisi toqquşub, 2 nəfər ölüb

Niderlandda bərə və su taksisi toqquşub, 2 nəfər ölüb
Niderlandda bərə və su taksisinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

TASS xəbər verir ki, bu barədə təhlükəsizlik məsələləri üzrə regional hökumət nümayəndələri "Twitter"də məlumat veriblər.
"Tershelling adasından qərbdə bu gün səhər baş verən qəzada iki nəfər ölüb, 12 yaşlı uşaq itkin düşüb. Qəza zamanı bərədə 27 nəfər, taksidə isə 7 nəfər olub. Hadisə yerinə təcili yardım və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunb”, - deyə bildirilib.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil, araşdırma aparılır.
Gundelik-Baku.Org