Türkiyəyə raket atıldı - 3 ölü, 10 yaralı (YENİLƏNİB)

Türkiyəyə raket atıldı - 3 ölü, 10 yaralı (YENİLƏNİB)
Suriyanın Kobani bölgəsindən Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 7 raket atılıb. 
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 
Məlumata görə, raketlərdən biri rayondakı Kocatəpə ibtidai məktəbinə düşüb. Hadisə nəticəsində 3 nəfər şəhid olub, 10 nəfər yaralanıb. 

xxx
13:28
Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.
Bu barədə Qaziantep valisi Davud Gül məlumat verib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.
Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.
Gundelik-Baku.Org