Qadın 3 şüşə viski satıb VARLANDI

Qadın 3 şüşə viski satıb VARLANDI
Böyük Britaniyada bir qadın babasından miras qalmış üç viski şüşəsini sataraq varlanıb.
Xarici KİV məlumatına görə, qadın 50 ildən çoxdur ki, çardaqda saxladığı bu antik əşyalarla bağlı  “Antikalar Roadshow” televiziya proqramına qatılıb. O, babasının 1950-ci illərdə bir kafe sahibindən hədiyyə olaraq aldığı bu şüşələrin dəyəri ilə maraqlanıb.
Proqramda qiymətləndirici Con Foster əşyaları yoxlayıb və onlardan ikisinin 1930-1940-cı illərə aid olduğunu bildirib. Şüşələrdən birinin isə 1907-1908-ci illərdə istehsal olunduğu ehtimal edilib:
“Həmin dövrlər hamı dadlı çaxırlara meyl edirdi və daha sonra viski getdikcə populyarlaşmağa başladı”, - Foster qeyd edib.
Sonda Con Foster üç şüşənin birlikdə qiymətini 15 min funt-sterlinq (təxminən 31 min manat) qiymətləndirib. Qadın bu qiyməti görəndə çox təəccüblənib. O, babasının bu xəbərə sevinib qürur duyacağını bildirib. 
Gundelik-Baku.Org