"Ölə bilərəm, amma dayanmayacağam" - Dünyanın ən böyük dodaqlı qadını

"Ölə bilərəm, amma dayanmayacağam" - Dünyanın ən böyük dodaqlı qadını
Bolqarıstanın Sofiya şəhərində yaşayan və dünyanın ən böyük dodaqlı qadını kimi tanınan 25 yaşlı Andrea İvanova “Bratz” gəlinciklərinə bənzəmək üçün indiyədək 32 əməliyyat keçirib.
Xarici medianın məlumatına görə, İvanova, həkimlərin ona daha çox əməliyyatın ölümcül olacağı barədə xəbərdarlıq etdiyini, lakin bunun ona mane olmayacağını izah edib.
Gənc qadının estetik çılğınlığı 2018-ci ildə başlayıb.
Dodaqlarını böyütmək üçün hər iynəyə təxminən 457 AZN ödəyən qadın əvvəlki açıqlamalarında dodaqlarını böyütməyə heç nəyin mane ola bilməyəcəyini bildirib.
Lakin Andreanın dodaqları o qədər böyüyüb ki, indi o, burun dəliklərini bağlamaq üzrədir.
Böyük dodaqlara sahib olmağın bütün bu risklərə dəydiyini ifadə edən instaqram fenomeni yeni dünya rekordu istədiyini bildirib:
“Həkimlər deyirlər ki, ölə bilərəm, amma dayanmayacağam. Mən daha çox şey etməkdə qərarlıyam, çünki düşünürəm ki, çənəmi uzatmalı və kəskinləşdirməliyəm. Mən bu rekordu o qədər istəyirəm ki, bunun üçün mübarizə aparmağa hazıram. Dünyanın ən nazik və ən uzun çənəsi olan qadın ünvanına sahib olmaq istəyirəm”.
Gundelik-Baku.Org