Bakıda kafedə qadın kişini bıçaqladı

Bakıda kafedə qadın kişini bıçaqladı
Bakıda kafedə qadın kişini bıçaqlayıb.
Hadisə dekabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gundelik-Baku.Org