Mindiyi taksidə qaçırıldığını anladı - Avtomobildən atlayaraq ÖLDÜ

Mindiyi taksidə qaçırıldığını anladı - Avtomobildən atlayaraq ÖLDÜ
Taksiyə mindikdən sonra sürücü tərəfindən qaçırıldığını anlayan qadın özünü avtomobildən yerə atıb.
Xarici KİV xəbər verir ki, hadisə Meksikada yaşanıb.
Belə ki, taksinin əks istiqamətə getməsindən şübhələnən 27 yaşlı qadın avtomobildən düşmək istəyən zaman sürücü qapıları kilidləyib. Bunun ardınca o, ailəsi ilə əlaqə saxlayaraq vəziyyəti izah edib. Daha sonra avtomobilin pəncərəsindən çölə uzanan qadın ətrafdakılara səslənərək kömək istəyib, hadisə şahidləri isə avtomobil sürətlə getdiyi üçün yaxınlıqdan heç kimin qadına kömək edə bilmədiyini söyləyib.
Son anda o, özünü avtomobilin pəncərəsindən yerə atıb. Səkiyə yıxılan qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Baş Prokurorluq qadının öldürülməsi ilə bağlı istintaq başladıldığını, taksi sürücüsünün tapılması üçün işlərin davam etdiyini açıqlayıb.


 


Gundelik-Baku.Org