Avropalı gəlin azərbaycanlını necə aldatdı? - 4589 manat...

Avropalı gəlin azərbaycanlını necə aldatdı? - 4589 manat...
Bolqarıstanın Şumen şəhər sakini olan üç uşaq anası azərbaycanlı kişiyə ərə getmək adı altında ona qarşı dələduzluq edib.
Xarici KİV-in məlumatına görə, türk dilini yaxşı bilən qadın vatsap vasitəsi ilə tanış olduğu azərbaycanlıya tək yaşadığını və ailə qurmaq istədiyini bildirib.
Azərbaycanlı ailə isə yetkin yaşına çatmış oğlanları olduğunu və Avropada yaşamaq istədiyini bildirib.   
Bolqar qidın bildirib ki, o, Azərbaycana gəlib, bu ailə tanış olmaq istəyir. Amma onu da vurğulayıb ki, onun nə gəlib-getmək üçün bileti, habelə, gələcək qohumlarının yanına gəlmək çün digər imkanları yoxdur. Belə olan halda azərbaycanlılar ona 2700 avro (4589 manat) pul göndəriblər. 
Amma bir müddət sonra qadın yoxa çıxıb. Amma azərbaycanlılar qadının bu hərəkətinə səssiz qalmayıb. Belə ki, onun barəsində müvafiq qurumlara şikayət ediblər. Hazırda Şumen şəhər polisi faktla bağlı araşdırma aparır. 
Gundelik-Baku.Org