Otaq yoldaşının respiratorunu söndürdü: Səs narahat edirdi

Otaq yoldaşının respiratorunu söndürdü: Səs narahat edirdi
Almaniyadakı xəstəxanalardan birində 72 yaşlı qadının otaq yoldaşının respiratorunu iki dəfə söndürdüyü iddiası ilə həbs edildiyi bildirilib.
 
Xarici medianın məlumatına görə, prokurorluq və polisin verdiyi birgə açıqlamaya görə, şübhəli qadın 79 yaşlı otaq yoldaşının respiratorunu “səsdən narahat olduğu üçün” söndürüb.
Xəstəxana işçiləri dərhal müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını bildiriblər.
Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.
72 yaşlı şübhəli qadın adam öldürməyə cəhddə ittiham olunur.
Səlahiyyətlilər, süni nəfəs aparatı söndürülən xəstənin müdaxilə ilə həyata qaytarıldığını bəyan ediblər.
Həyati təhlükəsi olmayan xəstənin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Gundelik-Baku.Org