Azərbaycanda qadın foto və videolarla şantaj olundu

Azərbaycanda qadın foto və videolarla şantaj olundu
Sumqayıtda qadın şantaj olunub.
Zərdab rayon sakini 34 yaşlı Z.Babayev Sumqayıt şəhər sakini 43 yaşlı A.Abdullayevanı foto və videolarını yayacağı ilə hədələyib. Bu yolla ondan 10 000 manat pul alıb.
Daha sonra eyni üsulla əlavə 10 000 manat pul da tələb edib.
Bu barədə zərərçəkmiş qadın polisə müraciətində bildirib.
Hazırda Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Gundelik-Baku.Org