Azərbaycanda qapısı bərk döyülən qadın polisə şikayət etdi

Azərbaycanda qapısı bərk döyülən qadın polisə şikayət etdi
Göyçayda qadın evinə basqın olduğunu iddia edib.
Göyçay şəhərində 5 mərtəbəli binanın 3-cü mərtəbəsində tənha yaşayan 72 yaşlı Gülnaz Azayeva Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. O bildirib ki, binada işıqlar yanıb söndüyü vaxt tanımadığı şəxs qapısını bərk döyüb. Daha sonra həmin şəxs qadından işıqla bağlı narazılığın olub-olmadığını soruşub.
Bundan qorxan qadın da polisə üz tutub.
Hazırda araşdırma aparılır.
Gundelik-Baku.Org