ABŞ ilk dəfə Ukrayna üçün Cənubi Koreyadan silah alacaq

ABŞ ilk dəfə Ukrayna üçün Cənubi Koreyadan silah alacaq
ABŞ Seul və Vaşinqton arasında imzalanmış məxfi silah müqaviləsi çərçivəsində ilk dəfə olaraq Cənubi Koreyadan Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan artilleriya mərmiləri alacaq.
Müqavilə ilə tanış olan ABŞ rəsmiləri ölkələrinin Ukraynaya çatdırmaq üçün 100 min 155 mm çaplı artilleriya sursatı alacağını bildiriblər.
Bu rəqəm Ukrayna artilleriya bölmələrini azı bir neçə həftəlik intensiv döyüş əməliyyatlarında təmin etməyə kifayətdir.
Müqavilənin ABŞ üzərindən icrası Cənubi Koreyaya Ukraynaya ölümcül hərbi yardım göstərməmək barədə ictimai öhdəliyə əməl etməyə imkan verir, eyni zamanda Şimali Koreyanı cilovlamaqda Seulun əsas müttəfiqi olan Vaşinqtona kömək edir.
Mənbə: The Wall Street Journal
Gundelik-Baku.Org