Daha bir müharibə başlayır - Şimali və Cənubi Koreya arasında atəşkəs pozuldu

Daha bir müharibə başlayır - Şimali və Cənubi Koreya arasında atəşkəs pozuldu
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus gəminin dəniz sərhədini keçməsi səbəbindən xəbərdarlıq atəşi açıb.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, buna cavab olaraq KXDR hərbçiləri reaktiv yayılım atəşi sistemlərindən atəş açıblar.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Seul iddia edir ki, Şimali Koreyanın ticarət gəmisi faktiki olaraq ölkələr arasındakı dəniz sərhədi olan Şimal Təmas Xəttini keçib. "Renhap" xəbər verir ki, bundan sonra Cənubi Koreya xəbərdarlıq atəşi açıb.
“Reuters” isə KXDR-in dövlət agentliyinə istinadən bildirib ki, Şimal Koreya buna cavab olaraq “düşmən gəmisini geri çəkkilməyə məcbur etmək üçün” reaktiv yaylım atəş sistemindən 10 atəş açıb.
Qeyd edək ki, Şimali Koreya tərəfi bu ilin əvvəlindən tez-tez raket sınaqları keçirir. Oktyabrın əvvəlində o, bir neçə ildən sonra ilk dəfə Yaponiya üzərində uçan raket buraxdı. Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı düşmən saydığını və onlarla danışıqlardan imtina etdiyini bildirib.
Gundelik-Baku.Org