Şimali Koreyada 3 məktəbli edam edildi

Şimali Koreyada 3 məktəbli edam edildi
Şimali Koreyada 3 orta məktəb şagirdi qonşu Cənubi Koreya ölkəsinin seriallarına baxdıqları üçün edam edilib.
Cənubi Koreyada çıxan “Çosun İlbo” qəzetinin məlumatına görə, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində üç orta məktəb şagirdi Cənubi Koreya və Amerika televiziya proqramlarına baxarkən yaxalanıb.
Həbs edilən yeniyetmələrə ölüm cəzası verilib. Edamın icrası dünya mətbuatında böyük reaksiya ilə qarşılanıb.
Bildirək ki, 2020-ci ilin dekabrında Şimali Koreya Cənubi Koreya audiovizuallarını idxal edən və ya paylayan hər kəsi edam edən yeni qanun tətbiq edib. Qanun azyaşlılar üçün də qüvvəyə minib.
Şimali Koreyanın Cənubi Koreya seriallarına baxdıqlarına görə öz vətəndaşlarını edam etməsi ilk dəfə deyil. Ötən il ölkədə 7 nəfər  K-pop musiqi kliplərinə baxdıqları üçün edam edilmişdi. 
Gundelik-Baku.Org