İranı qınayan qətnamə qəbul edildi

İranı qınayan qətnamə qəbul edildi
Ukrayna Ali Radası İranı Rusiyanın Ukraynaya silahlı təcavüzünə yardım etdiyinə görə qınayan qətnamə qəbul edib. 
Xarici KİV xəbər verir ki, sözügedən qərarın lehinə 303 deputat səs verib.
Qeyd edilib ki, söhbət diplomatik münasibətlərin pozulmasından yox, sadəcə olaraq qınaqdan gedir. 
Qətnamədə İranın Rusiya Federasiyasına silah tədarük etmək qərarının Ukraynaya qarşı silahlı təcavüzün nəticələrinə görə məsuliyyət daşıyır: "İranın Rusiya Federasiyasına silah tədarükü Ukrayna və İran arasında ikitərəfli münasibətlərə xələl gətirir; İranın silah tədarükü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsinə uyğun gəlmir; İranı işğalçı dövlətə - Rusiya Federasiyasına hər hansı silah tədarükünü dərhal dayandırmağa çağırır.
Gundelik-Baku.Org