Estoniya Ukraynaya 300 milyon avro hərbi yardım EDİB

Estoniya Ukraynaya 300 milyon avro hərbi yardım EDİB
Ukraynaya hərbi yardım artıq 300 milyon avroya yaxınlaşır.
Bu barədə Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salm bildirib:
“Estoniyanın Ukraynaya hərbi yardımı 300 milyon avroya yaxınlaşır. Eyni zamanda, biz hələ də bütün nisbətlər baxımından - istər ÜDM-ə, istərsə də müdafiə büdcəsinə görə dünyada ən böyük yardımlardan birini təqdim edirik".
O əlavə edib ki, son vaxtlar Estoniyanın ən böyük töhfəsi Ukrayna hərbçilərinin hazırlanması olub. Salm vurğulayıb ki, ölkə kifayət qədər çox sayda Ukrayna hərbçisinin hazırlanmasını planlaşdırır.
Gundelik-Baku.Org