Rusiya Qvardiyasının da binası YANDI

Rusiya Qvardiyasının da binası YANDI
Rusiya Qvardiyasının OMON-un Baş İdarəsinin onmərtəbəli binasında yanğın baş verib. 
Rusiya fövqəladə hallar xidmətinin məlumatına görə, hadisə Moskvanın Tvardovski küçəsində qeydə alınıb. 
Yanğın yataqxananın yeddinci mərtəbəsində gülləkeçirməz jiletlərin saxlandığı xidməti otaqda baş verib. Yanğınsöndürənlər hazırda hadisə yerindədir.
Qeyd edək ki, gün ərzində Rusiyada bir hərbi hissə və bir hərbi komissarlıqda yanğın baş verib. 
Gundelik-Baku.Org