Rusiyada daha bir zavod yandı

Rusiyada daha bir zavod yandı
Dekabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Zvezda maşınqayırma zavodunun ərazisində yanğın baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yanğının söndürülməsinə 7 texnika və 35 canlı qüvvə cəlb olunub.
İdarədən verilən məlumata görə, hələ ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Gundelik-Baku.Org