II Elizabetin şahzadə nəvəsi İngiltərədən köçür

II Elizabetin şahzadə nəvəsi İngiltərədən köçür
Böyük Britaniya şahzadəsi Beatris İngiltərədən köçür. Bu barədə “New Idea” məlumat yayıb.
Qeyd olunur ki, mərhum Kraliça II Elizabetin 34 yaşlı nəvəsi ailəsi ilə birlikdə Avstraliyaya getmək istəyir.
Şayiələrə görə, Beatris əri Edoardo Mozsinin iyirmi səkkiz malikanədən ibarət yaşayış kompleksi tikdiyi Kvinslendə köçməyi planlaşdırır.
Beatrisin qərarı Yorkluların Böyük Britaniyadakı gələcəkləri ilə bağlı narahatlıqları ilə bağlı ola bilər.
Ehtimal olunur ki, Kral III Çarlz monarxiyanı azaltmaq üçün çoxdankı planlarını həyata keçirərkən yaxın illərdə Yorkluları rəsmi kral iqamətgahlarından sıxışdırmağa başlayacaq.
Gundelik-Baku.Org