Kral Qvardiyasına papaq tikmək üçün ildə 100 ayı öldürülür

Kral Qvardiyasına papaq tikmək üçün ildə 100 ayı öldürülür
Böyük Britaniyada Kral Qvardiyasına papaq tikmək üçün ildə 100 ayı öldürülür. 
Xarici KİV xəbər verir ki, indiyədək papaqların təbii xəzdən hazırlandığı insanlara məlum deyildi. Lakin indi bildirilib ki, Kanadada hər il 100-ə yaxın qara ayı papaq tikmək üçün məhv edilir. 
İnsanlar hakimiyyətdən ayı öldürməyi dayandırmağı və süni xəzdən papaq hazırlamağa başlamağı tələb edirlər. 
Böyük Britaniyanın Müdafiə Nazirliyi də bunun qəbuledilməz olduğunu bəyan edib: "Biz keçmişdə müxtəlif alternativ materiallara baxmışıq, lakin heç biri forma və çəki soyuq şəraitdə nəmliyi dəf etmək qabiliyyəti baxımından ayı dərisinin təbii xüsusiyyətlərinə malik deyil", - deyə məlumatda bildirilir.
Gundelik-Baku.Org