Liz Trass Baş nazir seçildikdən 45 gün sonra İSTEFA VERDİ

Liz Trass Baş nazir seçildikdən 45 gün sonra İSTEFA VERDİ
Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Bu barədə "Sky News" məlumat yayıb. 
Qeyd edək ki, Trass cari ilin sentyabrın 6-da Mühafizəkarlar Partiyasının liderlik yarışmasında Rişi Sunakı məğlub edərək, Balmoral sarayında mərhum kraliça ilə görüşdükdən sonra Boris Consonun yerinə baş nazir olub. 
BBC-nin məlumatına görə, Baş nazir istefa verməsi ilə bağlı "10 Downing Street" qarşısında açıqlama verib.
Qeyd edək ki, Liz Trass Baş nazir postunda cəmi 45 gün qaldı.
Gundelik-Baku.Org