Kraliçanın ölüm səbəbi açıqlandı - Foto

Kraliçanın ölüm səbəbi açıqlandı - Foto
Şotlandiya hökuməti Böyük Britaniya kraliçası II Yelizavetanın ölümünün qeydiyyatı haqqında şəhadətnamə yayıb.
Xarici KİV xəbər verir ki, Milli Arxiv tərəfindən yayılan sənədə görə, monarx sentyabrın 8-də saat 15:10-da Balmoral qəsrində vəfat edib. 96 yaşlı kraliçanın ölümünə səbəb onun qoca olması göstərilib. Sənəd16 sentyabr tarixlidir.
Qeyd edək ki, ölkəni 70 il 7 ay rekord müddətə idarə edən II Yelizaveta Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Onun yerinə kral III Çarlz gəlib.

 
Gundelik-Baku.Org