ABŞ-da faciə: Təyyarə yaşayış binasına çırpılıb - VİDEO

ABŞ-da faciə: Təyyarə yaşayış binasına çırpılıb - VİDEO
ABŞ-ın Nyu-Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb.
Bu barədə şəhər administrasiyasının “Facebook” hesabında məlumat verilib.
Hadisə nəticəsində təyyarədə olanların hamısı həlak olub. Yaşayış binasının sakinləri arasında xəsarət alan olmayıb.
Təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.
Ehtimal olunur ki, uçuş-enmə zolağı yaşayış binasından cəmi bir kilometr məsafədə yerləşdiyi üçün eniş zamanı ekipajda problemlər yaranıb.
Hadisə yanğınla nəticələnib. Əraziyə yanğınsöndürmə xidməti cəlb olunub.

Gundelik-Baku.Org