İran Britaniya qurumlarına və şəxslərinə qarşı sanksiyalar tətbiq edir

İran Britaniya qurumlarına və şəxslərinə qarşı sanksiyalar tətbiq edir
İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın bəzi qurum və şəxslərinə müvafiq hüquqi qaydalar çərçivəsində sanksiya tətbiq etmək qərarına gəlib.
İran XİN-dən verilən yazılı açıqlamada qeyd olunur ki, müvafiq qurumların razılığı əsasında Böyük Britaniyanın sanksiyalarına qarşı ehtiyat tədbiri olaraq sanksiya qərarı alınıb.
Bildirilib ki, sanksiyalar İrana qarşı iğtişaşlar, zorakılıq və terror aktları törədən Britaniya fərd və qurumlarını əhatə edir.
Qeyd edilib ki, sanksiya siyahısına Böyük Britaniyanın təhlükəsizlik naziri Tom Tugendhat, keçmiş Baş Qərargah rəisi Mark Karleton Smit və Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Don Makinnon, həmçinin Britaniya siyasətçiləri - Stiv Makkeyb, Stüart Polak da daxil olmaqla 9 məmur salınıb.
Mənbə: Mehr
Gundelik-Baku.Org