Bu tarixdə Britaniyanın yeni Baş nazirinin adı açıqlanacaq

Bu tarixdə Britaniyanın yeni Baş nazirinin adı açıqlanacaq
Oktyabrın 28-də Mühafizəkarlar Partiyası partiyanın yeni lideri və Böyük Britaniya hökumətinin başçısı ilə bağlı qərar verəcək.
Bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, oktyabrın 24-də Nümayəndələr Palatasının ən azı yüz deputatının dəstəyini təmin edə biləcək partiyanın rəhbəri vəzifəsinə bütün namizədlər açıqlanacaq. Həmin gün axşam saatlarında yalnız iki namizəd qalana qədər səsvermə başlayacaq.
İki finalçı arasında debat çərşənbə axşamından cümə axşamına kimi davam edəcək.
Artıq cümə günü, oktyabrın 28-i Mühafizəkarlar Partiyasının üzvləri üçün onlayn səsvermə bağlanacaq. Bundan sonra partiyanın yeni liderinin və Böyük Britaniya hökumətinin başçısının adı açıqlanacaq.
Gundelik-Baku.Org