Trampın şirkəti məhkəmə qarşısına çıxacaq

Trampın şirkəti məhkəmə qarşısına çıxacaq
Nyu-Yorkda keçmiş ABŞ prezidenti Donald Trampın aktivlərini idarə edən "Trump Organization" şirkəti ilə bağlı hüquqi proses başlayacaq.
Xarici KİV xəbər verir ki, şirkət işçilərin maaşlarını aşağı salmaqla vergidən yayınmaqda ittiham olunur.
Bildirilir ki, həmin sxem şirkətdə nə az, nə çox 15 ildir ki, istifadə olunur. İttiham aktı dörd iddia edilən cinayət ittihamı ilə təqdim edilib:  vergi fırıldaqçılığı, sənədlərin saxtalaşdırılması, cinayət sxeminin hazırlanması və həyata keçirilməsi. Təqsirli bilinərsə, Tramp Organization 1,6 milyon dollar cərimə ödəməli olacaq.
Gundelik-Baku.Org