Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Yarışın ikinci günündə 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Bilal Çiloğlu (Türkiyə) ilə, eyni çəkidəki Vüsal Qələndərzadə 1/32 finalda Adil Osmanovla (Moldova) üz-üzə gələcək.
81 kq-da yarışan Elcan Hacıyev 1/16 finalda Laçlan Morhed (Böyük Britaniya) / Mohab Elhanas (Kanada) cütünün qalibi ilə görüşəcək. Bu çəkidəki Zelim Tçkayev eyni mərhələdə Cavad Sardidinin (Səudiyyə Ərəbistanı) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb.
Gundelik-Baku.Org