Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Bu gün Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.
"KBS World" xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəislərinin Birgə Komitəsi məlumat yayıb.
Cənubi Koreya və ABŞ-ın hərbi rəhbərliyinin raketin uçuş məsafəsi, sürəti və hündürlüyü daxil olmaqla, buraxılışın detallarını təhlil etdiyi bildirilir.
Ümumilikdə Şimali Koreya bu il 38 ballistik raket və üç qanadlı raket buraxıb.
Gundelik-Baku.Org