Türkiyədə təyyarə qəzası - Yaralılar var

Türkiyədə təyyarə qəzası - Yaralılar var
Türkiyənin Aksaray şəhərində mülki təlim təyyarəsi qəza enişi edib.
Türkiyə mətbuatı xəbər verir ki, Ortaköy rayonunda baş verən hadisədə 2 nəfər yaralanıb. 
Məlumata görə, İstanbuldan havaya qalxan təlim təyyarəsi mühərrik nasazlığı səbəbindən rayonun Bozkır və Sarıkaraman kəndləri arasındakı boş sahəyə məcburi eniş edib.
Yaralı pilotlar xəstəxanaya aparılıb.
Gundelik-Baku.Org