Türkiyədə tələbələri daşıyan avtobus aşdı - 14 yaralı

Türkiyədə tələbələri daşıyan avtobus aşdı - 14 yaralı
Türkiyənin Mardin şəhərində tələbələri daşıyan avtobus aşıb. 
Qəza nəticəsində 14 nəfər yaralanıb. 
Məlumata görə, Mardinin Artuklu və Ömərli rayonları arasında qeydə alınan qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. 
Hadisə yerinə çox sayda səhiyyə, yanğınsöndürən və hüquq-mühafizə qüvvələri cəlb edilib. Yaralılar şəhərdəki xəstəxanalara aparılıb. 
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 
Gundelik-Baku.Org