Ön şüşəsi sınan sərnişin təyyarəsi məcburi eniş etdi

Ön şüşəsi sınan sərnişin təyyarəsi məcburi eniş etdi
Rusiyanın Novosibirsk bölgəsindən Taylanda uçan təyyarə ön şüşəsinin zədələnməsi səbəbindən hava limanına qayıdıb.
Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat dərc edib. 
Məlumata görə, AZUR air aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi nəticəsində 71-i uşaq olmaqla 263 sərnişin hava limanında qalıb.
İdarə uçuş təhlükəsizliyi qanunvericiliyinin icrasını yoxlamağa başlayıb.
Gundelik-Baku.Org