Moskvaya gələn təyyarə məcburən Dağıstana getdi

Moskvaya gələn təyyarə məcburən Dağıstana getdi
Təl-Əvivdən Moskvaya uçan "Red Wings" aviaşirkətinə məxsus təyyarə duman səbəbindən Dağıstana enib. 
Rusiya KİV-ləri xəbər verir ki, uçuş "Sukhoi Superjet 100" təyyarəsi ilə həyata keçirilib. Tel-Əvivdən Moskvaya uçan təyyarə Mahaçqalaya texniki eniş edib. Orada ekipaj dəyişir və yanacaq doldurulur. Orada təyyarə duman səbəbindən Mahaçqaladakı alternativ aerodromlara getməyə məcbur olub.
Məlumata görə, təyyarə tezliklə Mahaçqaladan birbaşa Moskvaya istiqamət götürəcək.
Gundelik-Baku.Org