Hindistanda təyyarə məbədin günbəzinə çırpıldı - Ölən var

Hindistanda təyyarə məbədin günbəzinə çırpıldı - Ölən var
Hindistanın mərkəzindəki Madhya Pradeş ştatında təlim təyyarəsi qəzaya uğrayıb.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində pilot həlak olub. 
Məlumata görə, təyyarə təlim uçuşu zamanı məbədin günbəzinə və ağaca çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində yaralanan pilot köməkçisi xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başlayıb. Ehtimal edilən məlumatlara görə, qəzaya səbəb ərazidə pis hava şəraiti və duman olub.
Gundelik-Baku.Org