Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola düşəcəklər

Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola düşəcəklər
“Qantas Airways” aviaşirkətinin Bakı hava limanında qəza eniş edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumat yayıb.
Məlumata görə, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcəklər.
Xatırladaq ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş edib.
Qeyd edək ki, “A380” hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.
Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.
Xatırladaq ki, bu, “A380” təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.
Gundelik-Baku.Org