Türkiyədə hərbi maşın aşdı - Yaralılar var

Türkiyədə hərbi maşın aşdı - Yaralılar var
Türkiyədə zirehli hərbi maşın aşıb.
Türkiyə KİV-ləri xəbər verir ki, sürücüsünün idarəetməsindən çıxan hərbi texnika Diyarbəkir-Silvan yolunun Köprübaşı bölgəsində qəzaya uğrayıb. 
Qəza səbəbindən magistral yolda nəqliyyat bir müddət dayandırılıb. Məlumata görə, maşında olan 6 əsgər yaralanıb. 
"Qəzada yaralanan 6 əsgər hadisə yerində edilən ilk müdaxilənin ardından xəstəxanaya aparılıb. Əsgərlərin səhhəti yaxşıdır", - məlumatda deyilir. 
Gundelik-Baku.Org