Ana alışqanla 4 aylıq oğlunu yandırdı

Ana alışqanla 4 aylıq oğlunu yandırdı
Rusiyada ana 4 aylıq oğlunun ayaqlarını yandırıb.
Yerli media bildirir ki, hadisə Yamal-Nenetski muxtar dairəsinin Noyabrsk şəhərindəbaş verib. Şəhər sakini olan sərxoş qadın 4 aylıq oğlunun ayaqlarını alışqanla yandırıb.
Körpənin fəryadını eşidən qonşular evə daxil olublar. Onlar uşağı görəndə bədənində qabarcıqlarla yanıqlar görüblər və dərhal təcili tibbi yardıma xəbər veriblər.
Qadın valideynlik hüququndan məhrum edilib, oğlu isə uşaq evinə yerləşdirilib. Məlumata görə, artıq körpə himayətə götürülüb.
Məhkəmə ananı xüsusi qəddarlıqla işgəncə ilə bağlı cinayət maddəsi ilə təqsirli bilib. Qadın 4 il cəzaçəkmə müəssisəsində cəza çəkməli olacaq. Bundan əlavə o, 300 min rubl (təxminən 6390 manat) məbləğində cərimələnib.
Gundelik-Baku.Org