Narkoman valideynlər körpələrinin ölümündən 1 həftə xəbərsiz olub

Narkoman valideynlər körpələrinin ölümündən 1 həftə xəbərsiz olub
Türkiyənin Adana şəhərində 2 aylıq körpə evində ölü tapılıb. Narkotik aludəçisi olan valideynlərin körpələrinin ölümündən xəbərsiz olub. 
Evdən pis qoxunun gəlməsi səbəbindən qonşular ailəni polisə şikayət edib.  
Əraziyə  polis cəlb olunub. Məlum olub ki, narkotik aludəçisi olduğu iddia edilən cütlüyün iki aylıq körpə qızı bir həftə əvvəl dünyasını dəyişib və onlar bunu hiss etməyiblər.
Körpənin meyiti yarılma üçün məhkəmə tibb müəssisəsinin meyitxanasına aparılıb, evdə olan ana saxlanılıb. Nəzarətə alınan qadının ifadəsində körpənin ölümünü polis gələndə anladıqlarını söylədiyi öyrənilib.
Atanın axtarışları davam etdirilir. 
Gundelik-Baku.Org