Ata oğlunu zəncirlə bağlayıb işgəncə verdi

Ata oğlunu zəncirlə bağlayıb işgəncə verdi
Ukraynanın Nikopol şəhərində oğlunu mütəmadi döyən ögey ata saxlanılıb.0
Xarici media bildirir ki, polisə mənzillərin birindən uşaq qışqırtısının gəlməsi ilə bağlı müraciət daxil olub. Hadisə yerinə ilk gələn əməkdaşlar bədənində xəsarətlər olan balaca uşağı aşkar ediblər.
Uşağın anası bildirib ki, əri uşağı tərbiyələndirmək üçün onu fiziki zorakılıqla hədələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, 39 yaşlı kişi uşağın başına döyüb, əllərini zəncirlə bağlayıb və uşağı divardakı qarmaqdan asıb.
Faktla bağlı bir neçə maddə ilə cinayət işi açılıb. Uzun müddət dəmir barmaqlıqlar arxasında qaldığını anlayan kişi polisə rüşvət verməyə çalışıb. O, 2000 dollar məbləğində rüşvət verərkən saxlanılıb.
Araşdırma zamanı ananın əməlinə də hüquqi qiymət veriləcək.
Uşaq Kiyevdən gələn doğma atasına təhvil verilib.


Ata oğlunu zəncirlə bağlayıb işgəncə verdi - FOTO

Gundelik-Baku.Org