Sabunçuda 9 aylıq körpə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Sabunçuda 9 aylıq körpə yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Sabunçu rayonunda 9 aylıq körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Güləliyeva Zeynəb Rəşad qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
Gundelik-Baku.Org