Ana 2 aylıq oğlunu binadan atıb öldürdü

Ana 2 aylıq oğlunu binadan atıb öldürdü
Türkiyədə ana 2 aylıq körpəsini öldürüb.
Yerli media bildirir ki, hadisə Uşak şəhərində Ünalan məhəlləsində qeydə alınıb. Psixoloji problemləri olan 24 yaşlı D. A. bacısının evində 2 aylıq oğlunu 6-cı mərtəbədən yerə atıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları körpənin öldüyünü müəyyən ediblər.
Hazırda xəstəxanada müalicə alan D. A.-nın səhhəti imkan vermədiyi üçün onu danışdırmaq və uşağın atasının kimliyini öyrənmək mümkün olmayıb.
Ana nəzarətdə saxlanılır və araşdırmalar davam edir.
Gundelik-Baku.Org