Küçəyə atılan 3 aylıq körpədən YENİ XƏBƏR: anası...

Küçəyə atılan 3 aylıq körpədən YENİ XƏBƏR: anası...
Küçəyə atılan 3 aylıq körpəyə hələ də sahib çıxan yoxdur. 
Bu barədə Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya məlumat verib.
Xatırladaq ki, dekabrın 19-u küçəyə atılan körpənin görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Paylaşımlardan sonra körpə polis əməkdaşları tərəfindən tapılıb. 3 aylıq oğlan uşağı sığınacağa yerləşdirilib.    
Məsələ ilə bağlı Mehriban Zeynalova bildirib ki, körpənin anası tapılsa da, psixoloji durumu yerində deyil:
“Ananı da sığınacağa qəbul etdik. Lakin ananın psixoloji durumunda problem olduğunu düşünürük. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. 3 aylıq körpəyə sığınacaqda qalan digər xanımlar nəzarət edir”.
Gundelik-Baku.Org