Rusiyada eks-mer rüşvətə görə HƏBS EDİLDİ

Rusiyada eks-mer rüşvətə görə HƏBS EDİLDİ
Vladivostokun Leninski Rayon Məhkəməsi şəhərin keçmiş meri Oleq Qumenyuku xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilib.
TASS xəbər verir  ki, Qumenyuk 16,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-mer 150 milyon rubl cərimələnib.
Məlumata görə, Qumenyuk mer vəzifəsinə başlamazdan əvvəl Ərazi Administrasiyasının İqtisadiyyat Departamentinin direktoru kimi bir sıra tikinti şirkətlərinin direktorundan ümumilikdə 6,9 milyon rubl məbləğində rüşvət alıb. 
Cinayət işi çərçivəsində Qumenyukun daşınmaz əmlakı, Toyota Land Cruiser Prado yolsuzluq avtomobili, Harley Davidson motosikleti və nağd pul da daxil olmaqla 35 milyon rubldan çox dəyərində əmlakı həbs edilib.
Gundelik-Baku.Org