Sərxoş kişilər qadını vəhşicəsinə öldürdülər: körpəsinin yanında...

Sərxoş kişilər qadını vəhşicəsinə öldürdülər: körpəsinin yanında...
Rusiyada qadın vəhşicəsinə öldürülüb.
Yerli media bildirir ki, hadisə Moskva vilayətinin Elektrostal şəhərində baş verib. Üç sərxoş qadını uşağının gözü qarşısında bıçaqlayaraq öldürüb. Meyitin döş qəfəsi nahiyəsində bıçaq xəsarətləri aşkar edilib.
Hadisə zamanı dörd aylıq bir qızı da qadının yanında olub. O, dərhal tibb müəssisəsinə aparılıb.
Qonşular iddia edirlər ki, qətl baş verən gün qadın sərxoş kişilərlə mənzildə olub.
Araşdırma aparılır.
Gundelik-Baku.Org