Ana üç aylıq qızını ac qoyub yastıqla boğdu

Ana üç aylıq qızını ac qoyub yastıqla boğdu
Rusiyanın Xabarovsk vilayətində 27 yaşlı ana azyaşlı uşaqlarına qarşı zorakılıq edib.
Yerli media bildirir ki, müəyyən edilib ki, 2021-ci ilin fevral-aprel ayları ərzində qadın üç aylıq qızını yastıqla boğub. Bundan əlavə, ana körpəni ac qoyub.
Qadının qızdan başqa bir oğlu da var. Eyni zamanda ana digər uşağına da baxmayıb.
Məhkəmə qadını 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Qadın cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.
Gundelik-Baku.Org