Ata yuxuda iki aylıq qızını əzib öldürdü

Ata yuxuda iki aylıq qızını əzib öldürdü
Leninqrad vilayətinin Qavrilovo kənd sakini yuxu zamanı iki aylıq qızını əli ilə əzərək öldürüb.
Xarici media məlumatına görə, 35 yaşlı qadın polisə müraciət edib. O, əməliyyatçılara izah edib ki, əri sərxoş vəziyyətdə qızlarını ehtiyatsızlıqdan öldürüb.
“Atası qızının ağlamasından ayılıb. Körpəni yanına qoyacağına qərar verib və düşünüb ki, o, ağlamağı dayandıracaq", - qadın deyib.
Ana səhər qalxıb qıza yemək verəndə ərinin ölü körpə ilə birlikdə yatdığını görüb. Kişi yeni doğulmuş uşağı reanimasiya etməyə çalışsa da, buna nail ola bilməyib.
 
Gundelik-Baku.Org