Şimali Koreya ilk kəşfiyyat peykini orbitə buraxacaq

Şimali Koreya ilk kəşfiyyat peykini orbitə buraxacaq
Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın ilk kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıq barədə göstəriş verib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. 
Məlumata görə, bu, Pxenyanın məlumat toplama imkanlarını gücləndirəcək: "Kim Çen In aprel ayında istehsal edilmiş 1 nömrəli hərbi kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıq məqsədilə KXDR-in kəşfiyyat və məlumat toplama imkanlarını inkişaf etdirmək üçün aydın döyüş missiyası ilə komissiya yaradıb".
Kim Çen In qeyd edib ki, düşmən qüvvələrinin hərbi planlarını və hərəkətlərini daim izləmək üçün kosmik kəşfiyyat imkanlarına malik olmaq qarşıya qoyulub. 
Gundelik-Baku.Org