Rusiya hərbi peyk buraxdı

Rusiya hərbi peyk buraxdı
Rusiya Müdafiə Nazirliyi hərbçilərin istifadə edəcəyi “Kosmos-2564” peykini Pletesk Kosmik Bazasından orbitə çıxarıb.
Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından Soyuz 2.1b raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin uğurla orbitə çıxarıldığı açıqlanıb.
Nazirlikdən verilən açıqlamada, "Kosmik gəmi nəzərdə tutulan vaxtda Aviasiya və Kosmik Qüvvələrin nəzarətinə keçib",- deyə ifadə olunub.  
Rusiya sonuncu dəfə noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peyk buraxıb .
Gundelik-Baku.Org